Putin Sarkisyandan möhkəm inciyib - Ermənistan KİV

Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

Rusiya hökuməti 2018-ci ilin aprel inqilabı zamanı Ermənistanın o dövrdəki hökumətinin də öz rolunu oynadığı əvvəlcədən hazırlanmış ssenarinin həyata keçirilməsi ilə bağlı şübhələnməkdə davam edir.

Bu barədə Ermənistanın "Hraparak" qəzeti yazıb.

"Əvvəlki hökumət, təqribən, bir ildir rusiyalı tərəfdaşlarını heç bir günahının olmamasına, Paşinyanın hakimiyyətə gəlməsi prosesinə kömək etmədiklərinə inandırmağa çalışır. Bugünlərdə erməni xadimlərdən biri bizə onun da iştirak etdiyi görüşdə Putinin Sarkisyana narazılığını bildirdiyini söyləyib.

Rusiya Prezidenti deyib ki, uzun illər davam edən dostluq xatirinə, sadə etikaya uyğun olaraq, Sarkisyan istefa bəyanatı ilə çıxış etməzdən əvvəl ona zəng etməli, məlumat verməli idi", - nəşr yazıb.(report.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31