Bu ölkələr arasında brilyant istehsalına dair müqavilə imzalanıb
7 Mart 2019 14:03 DünyaVenesuela və Fələstin brilyant istehsalına dair strateji müqavilə imzalayıblar.
Olaylar.az bildirir ki, müqavilənin imzalanması Venesuela prezidenti Nikolas Maduronun "Twitter" səhifəsində yayımlanıb. Maduro bildirib ki, Venesuela dünyanın ən böyük almaz ehtiyatlarına malikdir:
"Bizim neft, qızıl və brilyant ehtiyatlarımız var, Allah bizi hər şey ilə təmin edir. Biz fələstinli şirkəti ilə almaz istehsalı ilə məşğul olan 154 alyans arasında müqavilənin bağlanmasına şahid oluruq."
Venesuelanın dağ-mədən sənayesinin inkişaf Nazirliyinin məlumatına görə, Bolivarda, xüsusilə Orinoko bölgəsində olan almazların 85% -i ən yüksək keyfiyyətə malikdir və oyma, ağırlıq, təmizlik və rəng kimi bütün meyarlara cavab verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31