Türkiyə ordusunda internet və mobil telefon qadağan edilir

Türkiyə Silahlı Qüvvələrində internetə giriş və mobil telefonlarından istifadə qadağan edilə bilər.

Olaylar.az bildirir ki, bu barədə "Haber7"-də məlumat yayılıb. 

Qeyd olunub ki, ötən il məsələyə dair Türkiyə Silahlı Qüvvələri 21 maddəlik bildiriş hazırlayaraq, yayıb. Bildirişə görə hərbiçilərin sosial media vasitəsilə paylaşımlar etməsi, istənilən elektron vasitə ilə hərbi bölgədən fotolar yayması qəti şəkildə qadağan edilib.

Lakin, bildirişdə nəzərədə tutulan cəzaların tətbiq edilməsində hələlik problem mövcuddu

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31