ABŞ-ın qadın döyüş pilotu - "Zabit tərəfindən təcavüzə uğradım"
7 Mart 2019 12:54 DünyaSenator Marta Makselli orduda xidmət etdiyi illərdən söz açıb.
ABŞ-ın Arizona ştatının senatoru Marta Makselli orduda xidmət etdiyi illərdə yüksək rütbəli zabit tərəfindən təcavüzə uğradığını açıqlayıb.
O, "Hərbidə cinsi təcavüzlər" mövzusunda keçirilən tədbirdə öz etirafını bildirib:
"Uzun illər bunu gizlətmişəm, amma sonra orduda özbaşınalıq baş verərkən bunu kimlərinsə bilməli olduğunu düşündüm. Bir çox qurban kimi mən də sistemin mənə ən başdan təcavüz etdiyini hiss etdim".
26 il ABŞ Hava Qüvvələrində xidmət edən qadın pilot həmçinin bildirib ki, indi hərbidə bu cür halların baş verməməsi üçün bir sıra işlər görülüb, amma qarşıda hələ çox yolumuz var".
aznews
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31