Bu ölkənin hakerləri 200-dən çox şirkətə hücum ediblər

"Microsoft" korporasiyası maraqlı  araşdırma edib.

Olaylar.az bildirir ki, araşdırmaya görə, son iki ildə dünyada 200-dən çox şirkət İran hökuməti ilə əlaqəli olduğu düşünülən hakerlər qrupunun hücumlarına məruz qalıb.

Beləki, hakerlər əsasən neft-qaz şirkətlərinə, maşınqayırma müəssisələrinə, eləcə də Almaniya, Səudiyyə Ərəbistanı, Böyük Britaniya, Hindistan və ABŞ kimi ölkələrdə beynəlxalq bizneslə məşğul olan konsernlərə hücum ediblər.

"Microsoft"-un araşdırmasında, iranlı hakerlərin vurduğu ümumi zərər 100 milyonlarla dollara çatdığı yer alıb.

Araşdırmada əlavə olaraq, "Holmium"un tapşırığı ilə başqa bir haker qrupunun - "APT33″ün də müəyyən əməllərinin olduğu göstərilib. 

Qeyd edək ki, ekspertlərin qiymətləndirməsinə görə, hücumların arxasında İran hökuməti ilə əlaqəsi olan "Holmium" haker qrupu dayanıb. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31