"Facebook"-dan təhlükəsizlik üçün mühüm yenilik - Mesajların şifrlənməsi
7 Mart 2019 12:14 Dünya"Facebook" bütün platformalara "end-to-end encryption" şifrləmə funksiyasını əlavə etməyi planlaşdırır.
Olaylar.az bildirir ki, bu barədə şirkətin icraçı direktoru Mark Zukerberq, açıqlayıb. Zukerberq bildirib ki, "WhatsApp"-da tərtib etdikləri təhlükəsizlik sistemini "Facebook"-da da tətbiq etməyi düşünürlər: "Mesajları mümkün qədər təhlükəsiz etmək və insanların zənglər, videolar vasitəsilə qarşılıqlı əlaqə yaratmaq üçün daha çox imkanlar yaratmaqdır."
"End-to-end encryption" şifrləməsi - məlumatların ötürülməsinin üsullarından biridir. Bu şirləmədə kriptoqrafiya açarlarının üçüncü tərəflərin əlinə düşmək ehtimalı tamamilə aradan qaldırılıb.
İcraçı direktor qeyd edib ki, şifrli mesajların ötürülməsi üçün sistemlərin yaradılması üzrə işlərə start verilib.