"Amazon" 90-a yaxın şirkətini bağlayır - Xırda ticarəti ləğv edir

Amazon onlayn pərakəndə satış şirkəti özünün xırda ticarət üçün nəzərdə tutulan bütün 87 məntəqəsini bağlamaq niyyətindədir.

Olaylar.az bildirir ki, bu barədə çərşənbə günü "The Wall Street Journal"-da məlumat yer alıb.

Nəşrə görə, şirkət nümayəndələri bu məlumatı təsdiq ediblər. Bağlanan məntəqələrin əksəriyyəti ümumilikdə 21 ştat ərazisində yerləşən ticarət mərkəzlərinin binalarındadır.

Açıqlamada bildirilir ki, "Amazon" artıq öz əməkdaşlarını ticarət nöqtələrinin bağlanacağı barədə məlumatlandırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31