Gülənin sağ əli Trampın şəxsi sarayında - "Nə mükəmməl bir vaxt"

Mövlud Hilmi Çınar "Qış Ağ Ev" adlandırılan "Mar-a-Lago"da olub.

ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp Oklahoma ştatında yerləşən "DOVE School of Discovery" adlı məktəbdə olub.

O, bu səfəri haqda tviiterdə yazıb. Oklahoma ştatının Tulsa şəhərində olan bu məktəbin FETO ilə əlaqəli olduğu üzə çıxıb.

Melaniya Trampın bu səfərindən üç gün əvvəl isə Fətullah Gülənin sağ əli kimi tanınan Mövlud Hilmi Çınar "Qış Ağ Ev" adlandırılan "Mar-a-Lago"da olub.

O, səfəri ilə bağlı fotoları sosial media hesabında paylaşıb:

"Kris ilə Mar-a-Lagoda nə mükəmməl bir vaxt!!! Gözəl şirkət, xoş söhbət və isti atmosfer... Sadəcə klubda yox, "Newsmax"ın mərkəzində qonaqpərvərliyinə görə dostuma təşəkkürlər".

aznews

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31