“Ford” iki zavodunu bağlayır

"Ford" konserni Rusiyada öz avtomobillərinin iki istehsal müəssisəsini bağlayacaq.

Olaylar.az bildirir ki, ixtisara Vsevolojsk (Leninqrad vilayəti) və Naberejnıye Çelnıda (Tatarstan) yerləşən müəsisələr düşəcək.

Birinci zavod Focus və Mondeo, ikinci müəssisə isə EcoSport və Fiesta modellərini buraxır.

Bu iki zavodun bağlanacağı təqdirdə Rusiyada kosernin Elabuqada (Tatarstan) yerləşən təkcə bir zavodu qalacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31