Trampın “Twitter” statusları neftin qiymətini dəyişir
7 Mart 2019 11:49 DünyaAmerikalı maliyyəçi Filip Verlecer sahib olduğu məsləhətçi şirkətinin müştəriləri üçün neft qiymətlərinin dəyişməsindən qazanc götürmək imkanı yaradan üsul icad edib.
Olaylar.az bildirir ki, Verlecerin yeni üsulu ABŞ Prezidenti Donald Trampın "Twitter"dəki statusları ilə bağlıdır.
Belə ki, maliyyəçiyə görə, Trampın neft qiymətləri ilə bağlı statuslarını izləyib neft şirkətlərinin qiymətli kağızlarını məhz ucuzlaşacaqları nəzərə alınmaqla satanlar qazanc əldə edə bilərlər.
Çünki, ABŞ prezidentin mütəmadi olaraq neft bazarındakı qiymətlərin azalmasına nail olmaq üçün sosial şəbəkədə statuslar yazdığı məlum olub.
Məsələn, bir dəfə neftin qiyməti məhz D.Tramp tərəfindən "ifrat bahaçılıq"la bağlı statusundan sonra kəskin aşağı düşmüşdü.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31