Ərdoğan Trampın qərarını tənqid edib - "Heç kim bizi bu şəkildə tərbiyə etməsin”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ prerzidenti Donald Trampın Ankaranı ticarət güzəştlərindən məhrum etmək barədə qərarını tənqid edib.

Olaylar.az xəbər verir ki, 24 TV telekanalının efirində danışan, Ərdoğan bildirib ki, Türkiyə ABŞ-ın bu qərarı ilə əlaqədar olaraq hərtərəfli addımlar atacaq: "Biz artıq buna vərdiş etmişik. Qoy heç kim bizi bu şəkildə tərbiyə etməsin".

Qeyd edək ki, Tramp çərşənbə axşamı verdiyi bu qərarı Türkiyənin son 45 il ərzində inkişaf etməsi ilə əlaqələndirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31