İsveçrənin Mərkəzi Bankı Avropada ən bahalı, dünyada isə ikinci ən bahalı banknotu təqdim edib.
Olaylar.az bildirir ki, 1000 franklıq banknot, ABŞ dolları ilə ifadədə 995.32 USD edir.
Əskinas polimer liflərdən hazırlanıb və onun dizaynının əsas mövzusunu kommunikasiya və dil təşkil edir.
1000 franklıq banknot, 13 martdan dövriyyəyə buraxılacaq.