Avrokomissar Paşinyanı onunla səhv saldı - FOTO

Bu post bir neçə dəqiqədən sonra dərhal silinib.

Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti komissarı İohannes Xan Ermənistan baş naziri Nikol Paşinyanı onun gürcü həmkarı Mamuka Baxtadze ilə səhv salıb.

Avrokomissar Tvitter səhifəsində Gürcüstan baş naziri ilə şəklini paylaşaraq "Ermənistan baş naziri Nikol Paşinyanı yenidən Brüsseldə qəbul etməkdən məmnunluq duyuram!" şərhini yazıb. Bu post bir neçə dəqiqə sosial şəbəkədə qaldıqdan sonra dərhal silinib.

Qeyd edək ki, 4-5 mart tarixlərində Brüsseldə həm Ermənistan, həm də Gürcüstan baş naziri səfərdə olub.(qafqazinfo.az)

AzNews.az

image description

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31