Bu cihaz pulu ağılla xərclədəcək
6 Mart 2019 15:23 DünyaXiaomi şirkəti "Pupupula Smart Piggy Bank" adlı ağıllı pul daxılını təqdim edib.
Olaylar.az bildirir ki, bu cihaz uşaqlara pulları ağılla xərcləməyi öyrədəcək.
Pul daxılı 1,54 düym ölçülü ekranla təchiz edilib. Displeydə müxtəlif məlumatlar və smayliklər əks olunur. Yeni cihazı smartfonda quraşdırılan tətbiq vasitəsilə idarə etmək mümkündür. Bu zaman hər istifadədə smartfonda xüsusi pin kodu daxil edilməlidir.
Uşaq daxıla pul əlavə edəndə cihaz sevincli səs, pul çıxaranda isə məyus səs çıxarır.
Yeni cihaz 13 apreldə satışa çıxarılacaq. Cihazın satış dəyəri $60 təşkil edir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31