“Windows 10” ili lider olaraq başa vurub
6 Mart 2019 15:08 Dünya"Windows 10" ötən ili dünyanın ən populyar kompüter əməliyyat sistemi təyin edilib. 2019-ci ildə liderliyini möhkəmlədən sistem bir ay sonra mövqeyini itirib.
Olaylar.az bildirir ki, bu barədə "NetMarketShare" internet xidmətinin statistik məlumatlarında qeyd olunub.
"DailyComm" resursuna görə, 2019-cu ilin fevralının yekunları üzrə "Windows 10" dünyada fərdi kompüter və noutbukların 40,3 faizinə quraşdırılıb. Bir ay əvvəl bu göstərici 40,9 faiz təşkil edib.
"Windows 7" sisteminin hesabat dövründə payı isə, 38,41 faizədək artıb.
Üçüncü pilləni 4,37 faiz nəticə ilə "Windows 8.1" tamamlayıb.
"Windows 10" 2018-ci ilin oktyabrında dünyada 700 milyon qurğuya quraşdırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31