Cəlalabadda şirkət binasına hücum: 17 ölü, 9 yaralı
6 Mart 2019 14:10 DünyaƏfqanıstanın şərqində yerləşən Nanqarhar əyalətinin Cəlalabad şəhərində özəl bir şirkət binasına hücum olub.
Qətərin "Əl-Cəzirə" telekanalının məlumatına görə, hücum nəticəsində 17 mülki vətəndaş həlak olub, 9-u yaralanıb.
Binanın ABŞ ordusu üçün xüsusi layihələr hazırlayan və bu layihələr üzərində işləyən MQ şirkətinə məxsus olduğu bildirilir.
Heç bir təşkilat hücuma görə məsuliyyəti hələlik üzərinə götürməyib.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31