Dünya təşvişdə: Pxenyan yenidən hərəkətə keçdi
6 Mart 2019 14:05 DünyaSinqapurda keçirilən ABŞ-Şimali Koreya sammitindən sonra Kim Çen İnin söküləcəyinə söz verdiyi "Şoae" uzaqmənzilli nüvə raket komplekslərinin inşası davam etdirilib.
Bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (CSİS) və "38 North" informasiya yayıb.
Peykdən çəkilmiş görüntüləri tədqiq edən qurumlar sökülməsinə başlanılan obyektlərin yenidən bərpa edilməsinə start verildiyini açıqlayıb. Peyk görüntülərinin təhlili nəticəsində söküntü işlərinin avqust ayında dayandırıldığı, 16 fevral-2 mart tarixlərində isə yenidən bərpa işlərinə başlanıldığı qeyd edilib.
Qeyd edək ki, Trampla Kim Çenin 27-28 fevralda Vyetnamda keçirilən görüşü nəticəsiz başa çatmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31