Orqan alveri il ərzində $600 mln. təşkil edir

İnsan orqanlarının il ərzində qeyri-qanuni dövriyyəsi 600 milyon dollar həcmində qiymətləndirilir.

Olaylar.az bildirir ki, BMT-nin Narkotiklər və Cinayətkarlıq Mübarizə İdarəsinin hesabatında yer alan bu fikirlər, insan, orqan və toxuma alveri problemləri ilə bağlı Qvatemalada keçirilən ilk regional konqresdə səslənib.

Konqresi işıqlandıran "Prensa Latina" nəşrinə görə, coğrafi və iqtisadi mövqeyinə baxımından Qvatemala insan alveri ilə məşğul olan beynəlxalq cinayətkar şəbəkələr üçün cəlbedici ölkədir.

Qvatemalanın cinsi zorakılıq, istismar və insan alveri problemləri üzrə katibliyinin məlumatına əsasən, ötən il istismarla bağlı 159, insan alveri ilə bağlı 274, cinsi zorakılıqla bağlı 10 mindən çox şikayət daxil olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31