Türkmənistan prezidentinin 8 Mart ənənəsi davam edir
6 Mart 2019 13:26 DünyaTürkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov paytaxt və əyalət administrasiyalarının rəhbərlərinə qadınlara 8 Mart münasibəti ilə hədiyyə verməyi tapşırıb.
Olaylar.az bildirir ki, bu il qadınların pul şəklində aldığı hədiyyənin məbləği 17 dollar təşkil edəcək.
Prezidentin hədiyyəsinin təqdimolunma mərasimi Türkmənistanın dövlət televiziyası ilə yayımlanır. Bu il ölkənin azyaşlı qızlarına da hədiyyə veriləcək.
Qeyd erdək ki, 2011-ci ildən etibarən, Qurbanqulu Berdiməhəmmədovun tapşırığı ilə dövlət müəssisələrində işləyən, ali və orta məktəblərdə oxuyan, eləcə də müavinət alan və pensiyaçı qadınlara 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə hədiyyə verilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31