Brüsseldə Paşinyanı niyə soyuq qarşıladılar? – Erməni KİV
6 Mart 2019 13:08 DünyaErmənistan Baş naziri Nikol Paşinyanın Brüssel səfəri gözləniləndən daha monoton keçdi.
Bu məlumatı "Past" qəzeti yayıb.
Xəbərdə iddia olunub ki, Ermənistan tərəfinin təşəbbüsü ilə gerçəkləşən səfərin vaxtı düzgün seçilməyib. Çünki Avropanın siyasi elitası may seçkisinə (Avropa Parlamenti seçkisi - red.) hazırlaşır. Bütün partiyalar və siyasi xadimlər öz güclərini seçki prosesinə hazırlayıblar.
Həmçinin bildirilib ki, Paşinyanın soyuq qarşılanmasına səbəb onun atdığı addımlardır:
"Keçən ilin iyunundakı Brüssel səfəri inqilabın təzə olması da nəzərə alınarsa, kifayət qədər uğurlu sayıla bilərdi. İnqilabdan 9 ay sonra isə Avropa məmurları arasında bir qədər soyuqluq və narahatlıq hökm sürür. Narahatlığa səbəb isə Paşinyanın AB və Ermənistan arasındakı razılaşmanı reallaşdırması üçün hansısa vacib addım atmasının müşahidə olunmamasıdır".
axar