İrana növbəti spirtli içki şoku: Kütləvi zəhərlənmə və ölümlər…

Güney Azərbaycanın Bukan şəhərində kustar üsulla hazırlanmış alkoqollu içki 11 nəfərin zəhərlənməsinə səbəb olub.

Zəhərlənənlərdən 2 nəfər həyatını itirib, 4 nəfərin isə vəziyyəti ağırdır.

Hadisə ilə əlaqədar polis tərəfindən araşdırma aparılır.

Oxşar hadisə ötən günlərdə Meşginşəhr və Əhər şəhərlərində baş vermişdi. Meşkinşəhrdə saxta içkilərdən 3 nəfərin öldüyü halda, 57 nəfər zəhərlənmişdi.

Əhərdə isə 1 nəfərin öldüyü, 100-dən çox insanın zərhərləndiyi açıqlanmışdı.

İranda 1979-cu ildə islam inqilabı baş verəndən sonra alkoqollu içkilərin istehsalı, satışı və istehlakı qadağan edilib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31