Tramp sosial şəbəkədə düşmənlərindən "üzr istəyib"
6 Mart 2019 12:36 DünyaABŞ prezidenti Donald Tramp sosial şəbəkədə "üzr istəyib".
Olaylar.az bildirir ki, Tramp Twitter hesabında, Respublikaçılar partiyasının reytinqi artdığı üçün istehza ilə düşmənlərindən "üzr istəyib". Trampın "twit"ində yazılıb: "Respublikaçıların nüfuzu yenidən 93%-ə qalxıb. Sizdən üzr istəyirəm, cənab heyterlər (nifrət edənlər). Yenidən Amerikanı böyük edək!"
Lakin, "Gallup" sorğu mərkəzinin rəy sorğusuna əsasən Donald Trampın reytinqi 40%-ə qədər enib.
Bu isə ABŞ prezidentləri içərisində antirekorddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31