İngiltərənin bank sistemi iqtisadi böhrana hazırdır
6 Mart 2019 12:06 DünyaBöyük Britaniyanın bank sistemi, ölkənin Aİ-dan çıxacağı təqdirdə, bundan irəli gələn iqtisadi böhrana hazırdır.
Olaylar.az bildirir ki, İngiltərə Bankının protokoluna görə, Böyük Britaniyanın əsas bankları böyük kapital ehtiyatına malikdirlər, bu isə onlara ev təsərrüfatlarına və müəssisələrə kredit verməyi davam etdirmək imkanını verir.
Buun nəticəsində Britaniyanın əsas banklarının "Brexit"dən irəli gələn iqtisadi böhrana qarşı daha dayanıqlı olacağı gözlənilir.
Qeyd edək ki, Böyük Britaniya rəsmi olaraq AB-dən 29 mart tarixində çıxmalıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31