Sərnişinlərin rahatlığını təmin edən “GPS-ticket” sistemi
6 Mart 2019 12:05 Dünyaİsveçrə ictimai nəqliyyatda innovativ yeniliklərin tətbiqi sahəsində daha bir addım atıb.
Olaylar.az bildirir ki, İsveçrə Federal Dəmir Yolları ötən ilin sonlarından etibarən biletlərin GPS (qlobal mövqe təyinetmə sistemi) vasitəsilə qeydiyyatını tətbiq etməkdədir.
Sərnişinlərin rahatlığını təmin edən bu vasitəylə bilet almaq, onu konduktora göstərmək yaxud xüsusi aparat qeydiyyatdan keçirməyə ehtiyac yoxdur.
Ötən ilin oktyabr ayından indiyədək 15 mindən artıq müştəri "EasyRide" funksiyasını mobil telefonlarında aktivləşdirib.
Ekspertlərə görə, "GPS-ticket" sisteminin digər ölkələrin nəqliyyat sistemlərində də tətbiq olunacağı gözləniləndir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31