Forbes ən yaxşı bankların adını açıqlayıb
6 Mart 2019 12:02 DünyaForbes jurnalı Statista tədqiqat şirkəti ilə birgə müxtəlif ölkələrdə ən yaxşı bankların siyahısını hazırlayıb. Tədqiqat zamanı əsas meyar kimi müştərilərin fikirləri nəzərə alınıb.
Olaylar.az bildirir ki, tədqiqatda 23 müxtəlif ölkədən 40 mindən çox insan iştirak edib.
Bankların qiymətləndirilməsi üçün əsas meyarlardan müştərilərin məmnuniyyəti, banklara ola etimad, təklif olunan şərtlər, müştəri xidməti, rəqəmsal xidmətlər və maliyyə sahəsindəki konsultasiyalar nəzərə alınmışdır. Araşdırmanın nəticələrinə görə, hər ölkədə 5-dən 60-a qədər aparıcı bank müəyyənləşdirilib.
Beynəlxalq reytinqdə ən yüksək mövqeləri Hollandiyanın maliyyə konqlomeratı olan ING Group və Amerikanın Citibank-ı tutmuşdur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31