Saakaşvilinin partiyası prezidenti qəbul etmir: "Məhkəmə olacaq"

Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının deputatları Gürcüstan Prezidenti Salome Zurabişvilinin parlament çıxışında iştirak etməyəcəklər.

Bunu jurnalistlərə açıqlamasında partiyanın deputatı Tina Bokuçava deyib. O, partiyanın Zurabişivlini legitim prezident kimi tanımadığını bildirib:

"Bu insanı Bidzina İvanişvili prezident yeri üçün satın alıb. Bu eynilə universitetlərdə 90-cı illərdə pis tələbələr üçün yer alınmasına bənzəyir. Düşünmürəm ki, Zurabişvili özünün satın alınmış vəzifəsini 5 il ərzində saxlaya biləcək. Məhz bu səbəbdən biz onu Strasburq məhkəməsinə vermək niyyətindəyik. Məhz Strasburq məhkəməsinin qərarı sayəsində o, prezident vəzifəsini tərk etməli olacaq".

Qeyd edək ki, Zurabişvili prezident seçkisinin ikinci mərhələsində müxalifətin ortaq namizədi olan Qriqol Vasadzeni məğlub edərək prezident olub.

Müxalifət Zurabişvilinin legitimliyini tanımayıb.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31