Dünyanın ən bahalı avtomobili-11 milyon avro
5 Mart 2019 21:19 DünyaFransız avtomobil şirkəti "Bugatti" 110 illiyi münasibətilə yeni modeli "La Voiture Noire"ni təqdim edib.
"Olaylar" "Qafqazinfo"ya istinadən xəbər verir ki, yalnız bir ədəd istehsal olunan bu model eyni zamanda dünyanın ən bahalı avtomobili sayılır. Maşının dəyəri 11 milyon avrodur. Yeni model artıq özünə alıcı da tapıb. Ancaq onun adı açıqlanmır.
Qeyd edək ki, "La Voiture Noire" "Bugatti"nin "Type 57 SC Atlantic" modelinin interpretasiyasıdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31