Ayətullahın yaxın adamından Paşinyan olayına münasibət
5 Mart 2019 19:05 DünyaAli lider Ayətullah Xameneinin Azərbaycanla bağlı mövqeyi bundan ibarət olub ki, biz həmişə Azərbaycanı müdafiə edəcəyik, necəki keçmişdə müdafiə etmişik
Bu sözləri İranın İslam Əlaqələri və Mədəniyyəti Təşkilatının sədri Əbuzər İbrahimi Türkmən deyib.
İran dövlət rəsmisi keçirdiyi mətbuat konfransında Ermənistan baş nazirinin Tehran səfəri və İran rəhbərliyinin Azərbaycanla bağlı mövqeyinə münasibət bildirib. Türkmən deyib ki, İslam İnqilabının rəhbəri həmişə Azərbaycan dövləti və xalqının müdafiəçisi olub və indi də belədir:
"Son günlərdə Azərbaycan xalqını narahat edən vəziyyət baş verib. Mən qeyd etməliyəm ki, Azərbaycan regionda bizim üçün mühüm ölkədir. Bizim 15 qonşumuz var, bu ölkə onların ən vaciblərindəndir",
Bildiyim kimi ali lider Ayətullah Xameneinin Azərbaycanla bağlı mövqeyi bundan ibarət olub ki, biz həmişə Azərbaycanı müdafiə edəcəyik, necəki keçmişdə müdafiə etmişik. Ali lider Azərbaycanı daima dəstəkləyib. Bundan sonra da bu siyasət Ali lider tərəfindən davam etdiriləcək", - deyə Türkmən bildirib.
Azərbaycan - İran əlaqələrində ixtilaf yaradan istənilən hər bir addımın qəbuledilməz olduğunu deyən Ə.İ. Türkmən vurğulayıb:
"Son günlərdə deyilən bəzi şüarlar İran İslam Respublikasının mövqeyi deyil. İran İslam Respublikasının mövqeyi rəsmi tribunalardan bildirilir. Biz həmişə Azərbaycan xalqının hüquqlarını müdafiə etmişik".
axar