Moskvada film kimi cinayət...
5 Mart 2019 18:18 DünyaHüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparırlar.
Moskva sakininin bənzəri onun bank hesabından 10 milyon rubl (təxminən 258 min manat) çıxarıb.
Rusiya DİN-in məlumatına görə, pul Moskva sakininin avro və rubl hesablarından çıxarılıb. Müşahidə kameralarından göründüyü kimi, hesab sahibinə bənzər kişi banka gələrək pasportunu təqdim edib və hər iki hesabda olan vəsaitləri çıxarıb.
Hüquq mühafizə orqanları hadisə ilə bağlı araşdırma aparırlar.(AZƏRTAC)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31