Lukaşenko: Rusiya rubl yerinə “düşmən dolları” seçdi

Mən Rusiyaya qarşılıqlı ticarətdə tam olaraq rubla keçməyi təklif etmişəm.

Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

"Bizim təklifimiz belədir. Biz tam olaraq rubla keçməkdən qorxmuruq, amma heç kim buna getmir. Demək ki, Rusiya özünün ən yaxın tərəfdaşıyla ticarətdə rubldan imtina edir, yerinə "düşmən dollar" və avronu seçir?" - deyə o bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31