Belarus dünyanın o başında… - Lukaşenkodan ŞOK İTTİHAM

Belarus qərb ölkələriylə əməkdaşlığı inkişaf etdirməyə məcburdur, çünki Rusiya iki ölkənin əməkdaşlığına məhdudiyyətləri tətbiq edir.

Bu haqda Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Qərblə bu əməkdaşlıq bu gün hansısa allergiyaya, bəzən bizim əsas partnyorumuz Rusiyada isterikaya səbəb olur. Soruşuram, niyə? Bizim məhsulumuzu bazara buraxmırlar, təzyiq göstərirlər", - Aleksandr Lukaşenko Avropa təşkilatlarıyla əməkdaşlıq məsələləri üzrə müşavirədə çıxış edərkən hiddətlənib.

O vurğulayıb ki, əgər Rusiyayla normal iqtisadi münasibətlər olsaydı, azad ticarət etmək mümkün olsaydı, Belarus dünyanın o başında xoşbəxtliyi axtarmalı olmazdı.

publika

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31