Hindistanda fabrikdə partlayış: Ən azı 10 ölü
23 Fevral 2019 21:13 DünyaHindistanın şimalında yerləşən Uttar-Pradeş ştatında tikiş fabrikində baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub.
İnsident Bhadohi dairəsində qeydə alınıb. Partlayış o qədər güclü olub ki, həm fabrik binası, həm də yaxınlıqda yerləşən bir neçə tikili tamamilə dağılıb. Qəzanın dəqiq səbəbi hələlik məlum olmasa da, polis sənaye obyektinin ərazisində qanunsuz pirotexnika sexinin olduğunu müəyyən edib.
Ştat polisinin məlumatına görə, partlayış baş verən zaman fabrikdə o qədər də çox insan olmayıb. Odur ki, dağıntılar altında kiminsə qalması ehtimalı azdır.
Hüquq-mühafizə orqanları insidentlə bağlı cinayət işi açıb və təhqiqata başlayıb.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31