Malidə silahlı hücum: BMT-nin 3 sülhməramlısı öldü

Malinin cənubunda naməlum silahlı şəxslərin BMT-nin sülhməramlı missiyasına hücumu nəticəsində 3 nəfər həlak olub.

İnsident cümə günü axşam saatlarında paytaxt Bamakodan cənub-qərbdə, Sibu kəndində qeydə alınıb.

Daha bir sülhməramlı isə ağır yaralanıb.

Missiya rəhbəri Maxamat Saleh Annadif baş verən hadisəni qəti şəkildə qınayıb və ölənlərin ailələrinə başsağlığı verib.

onn

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31