Yəməndə əsir mübadiləsi: 1 ərəb qarşılığında...

Yəməndə əsir mübadiləsi həyata keçirilib. Əsir mübadiləsində bir Səudiyyə Ərəbistanlı əsgər qarşılığında 7 Husi azad edilib.

Yəməndə əsir mübadiləsi həyata keçirilib.

Əsir mübadiləsində bir Səudiyyə Ərəbistanlı əsgər qarşılığında 7 Husi azad edilib.

Olaylar.az bildirir ki, Səudiyyə Ərəbistanı xəbər agentliyi SPA-nın xəbərinə görə Səudiyyə Ərəbistanı liderliyində qurulan koalisiyanın nümayəndəsi Türki əl-Maliki koalisiya ortaq qüvvələr komandirliyinin bir əsgərə qarşılıq 7 Husi milisinin azad edildiyini təstiqləyib.

Maliki, Səudiyyə Ərəbistanlı əsir əsgər Musa Avaci-nin axşam saatlarında Riyaddakı Kral Salman hərbi hava bazasına çatdığını deyib.

Maliki, əsgərin sərbəst buraxılmasında koalisiya gücləri, Birləşmiş Millətlər Təşkilatının Yəmən xüsusi nümayəndəsi Martin Griffiths və Beynəlxalq Qızıl Aypara Təşkilatının rolu olduğunu deyib.

Nümayəndə, koalisiya güclərinə bağlı əsirlərin sərbəst buraxılması üçün işlərin davam etdirildiyini də qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31