İtaliyanın Matera şəhəri Avropanın mədəniyyət paytaxtı seçilib
30 Yanvar 2019 12:05 Dünyaİtaliyanın Matera şəhəri 2019-cu ildə Avropanın mədəniyyət paytaxtı seçilib. ANSA agentliyi xəbər verir ki, Matera bu ada layiq görülən İtaliyanın ilk cənub şəhəridir. "Bu əlverişli vəziyyət bütün cənub üçün yaxşı imkandır", - deyə İtaliyanın baş naziri Cüzeppe Konte bildirib. Qeyd edib ki, Bazilikata regionu üçün investisiya və regionun inkişafı sahəsində yeni müqavilələr imzalanacaq.
SİA
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31