ABŞ Yaponiyaya raketlər yerləşdirir - Savaş başlayır?
30 Yanvar 2019 11:49 DünyaABŞ administrasiyası Yaponiyaya 2,15 milyard dollar dəyərində "Aegis" raketdən müdafiə sistemləri satmaq barədə qərar qəbul edib.
Bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, kontraktın yerinə yetirilməsi ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik maraqlarına cavab verir.
"Bu qərar Asiya-Sakit okean regionunda sabitliyi və iqtisadi inkişafı dəstəkləyən açar müttəfiqlərin təhlükəsizliyini artıracaq", - deyə məlumat da bildirilib.
Qeyd edək ki, bundan öncə ABŞ-ın 2025-ci ilə qədər Yaponiya ərazisində yeni yerüstü radar kompleksi quraşdırmaq niyyətində olduğunu açıqlanmışdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31