Dünya III qlobal savaş həddinə yaxınlaşır - Rusiya

Dünyada konflikt potensialının səviyyəsi təhlükəli həddə çatıb.

Bunu Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ryabkov Pekində nüvə beşliyinin (Rusiya, Çin, ABŞ, Britaniya və Fransanın qeyri-rəsmi görüşü - red.) görüşündə çıxışı zamanı deyib.

"Beynəlxalq təhlükəsizlik sferasında situasiya deqradasiyaya davam edir. Konflikt potensialı çox təhlükəli həddə çatıb", - deyə o bildirib.

Onun sözlərinə görə, silahlanmaya nəzarət rejimlərinin dəyişdirilməsi cəhdləri fonunda dünyada strateji stabillik səviyyəsi çox aşağı düşür.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31