ABŞ-da həbs edilən İran jurnalisti azad edilib

ABŞ-da həbs edilən İranın "Press TV" telekanalının jurnalisti Mərziyə Haşemi sərbəst buraxılıb. Bu barədə telekanal M.Haşeminin ailə üzvünə istinadən xəbər verir.

ABŞ-da həbs edilən İranın "Press TV" telekanalının jurnalisti Mərziyə Haşemi sərbəst buraxılıb.

Bu barədə telekanal M.Haşeminin ailə üzvünə istinadən xəbər verir.

Jurnalistin sərbəst buraxılmasının təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Mərziyə Haşemi yanvarın 16-sı Missuri ştatının Sent-Luis şəhərində saxlanılmışdı. Ona qarşı heç bir ittiham irəli sürülməsədə, jurnalistin vacib məlumata sahib olan şahid qismində saxlanıldığı bildirilirdi.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31