Məşhur reper həbsdən çıxdı
23 Yanvar 2019 18:25 DünyaParisdə həbs olunan amerikalı reper Kris Braun sərbəst buraxılıb. Bu barədə "AFP" xəbər agentliyi məlumat yayıb.
Braunun vəkili Raphael Chiche portala açıqlama verərək ifaçının günahsız olduğunu, şər atanlar əleyhinə məhkəməyə müraciət edəcəyini bildirib.
Chiche qeyd edib ki, məşhur sima sərbəst buraxılsa da, onun haqqında araşdırma davam edir.
Bu məqamda bildirək ki, Kris 15 yanvar tarixində Parisdəki otellərin birində 24 yaşlı xanımı təcavüz etmək istəyib. Şikayətçi repçinin yanında əlavə iki nəfərin də olduğunu iddia edib.
"Qafqazinfo"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31