Los Ancelesdə 30 mindən çox müəllim tətil keçirir
22 Yanvar 2019 15:20 DünyaÖtən həftədən etibarən başlayan tətil bu gün də davam etdiriləcək.
ABŞ-ın Los Anceles şəhərində dövlət məktəblərinin 30 mindən çox müəllimi tətil keçirir.
Ötən həftədən etibarən başlayan tətil bu gün də davam etdiriləcək.
Müəllim həmkarlar təşkilatının şəhər meriyası ilə danışıqları başlasa da, müəllimlər bütün şərtlər yerinə yetirilməyənədək tətili davam etdirəcəklərini bildirib.
Qeyd olunur ki, son 30 ilin ən irimiqyaslı tətilinin iştirakçıları əmək haqlarının artırılmasını və iş yükünün azaldılmasını tələb edirlər.(trend.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31