Artur Qəribyan “Şef kebab” restoranında tutuldu
22 Yanvar 2019 15:12 DünyaBu günlərdə Moskvada "Artur Krasnodarskiy" ləqəbi ilə tanınan kriminal avtoritet Artur Qəribyan həbs edilib. 44 yaşlı "vor zakon" Moskvanın Smolensk-Sena meydanında yerləşən "Şef kebab & steak " restoranında tutulub. Onun üzərindən iri həcmdə narkotik maddə-metadon tapılıb.
Artur Qəribyan 1974-cü ildə Bakıda anadan olub. "Dato Daşkəndski"nin tövsiyəsi ilə onu "oğru ailəsinə" qəbul ediblər. İndi sağ olmayan "Ded Xasan" və hazırda həbsdə olan "Şakro Molodoy" da Qəribyana "vor zakon" titulunun verilməsini dəstəkləyiblər. Əgər günahı sübut olunsa Qəribyanı 10 ilə qədər həbs gözləyir.
Virtualaz.org
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31