Yapon diplomatın tarixi məktubu: ABŞ sülhə mane olur

Yaponiyanın TBS telekompaniyasının əməkdaşları Kuril adalarının taleyi barədə danışıqlarda Tokionu təmsil edən keçmiş diplomat Syuniti Matsumotonun məktubunu aşkara çıxarıblar.

Sənədlərdə ABŞ-ın o vaxtkı dövlət katibi Con Dallesin yapon tərəfinə təzyiq göstərdiyi, razılaşmanı pozmağa çalışdığı göstərilib.

"Dövlət katibi SSRİ-nin Tisima adasını (Kuril adaları və Saxalinin yapon dilində tarixi adı) alacağı halda Ryukyu arxipelaqının ABŞ-dan ayrılacağı barədə anlamsız şeylər deməyə başladı", - diplomat 20 avqust 1956-cı il tarixli məktubunda yazıb.

Qeyd edək ki, Şərqi Çin dənizində yerləşən Ryukyu arxipelaqı 1945-ci ildə amerikalılar tərəfindən tutulub. Arxipelaqın ən böyük adası olan Okinavada 1972-ci ilə qədər ABŞ hökmranlıq edib. Hazırda burada ABŞ hərbi bazaları yerləşir.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31