Britaniya döyüş təyyarələrini İraq və Suriyadan çıxarır
22 Yanvar 2019 14:38 DünyaBritaniya Hərbi Hava Qüvvələrinə aid "RAF Typhoon" tipli 8 döyüş təyyarəsini 2019-cu ilin fevarı ayından İraq və Suriyadan çıxarmağa başlayacaq.
Bu məlumatı "Daily Mail" yayıb.
Bildirilib ki, "RAF Typhoon" tipli 6 döyüş təyyarəsi və 10-a qədər "Reaper" Pilotsuz Uçan Aparat Orta Şərqdə saxlanılacaq.
Məlumata görə, döyüş təyyarələri bölgədən çıxarılsa da, Britaniya Suriyadakı rejimə qarşı mübarizə zəifləmədən davam etdirəcək.
Qeyd edək ki, 2018-ci il dekabrın 19-da ABŞ Prezidenti Donald Tramp Suriyadakı hərbçilərinin çıxarılması barədə sərəncam imzalayıb.
"Report"
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31