Puşkovdan Kiyevə: Bəs, ehtiyac olmadığını deyirdiniz?.
22 Yanvar 2019 13:44 DünyaUkraynanın Xarici İşlər naziri Pavel Klimkin ölkəsinin Rusiya ilə münasibətlərə ehtiyacı olmadığını bildirmişdi, indi isə "Qazprom"la yeni müqavilə istəyir.
Bu sözləri rusiyalı senator Aleksey Puşkov Ukrayna XİN rəhbərinin "Qazprom"la yeni müqavilə tələbinə münasibət bildirərkən deyib.
"Rusiya ilə münasibətlər Ukraynaya lazımdır, ya yox? Kiyevin məsuliyyətsiz bəyanatları çoxdan həddi aşıb. Yeni müqavilə yeni qəsb və yeni şantaj deməkdir", - Puşkov bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31