Tatlısəs Ərdoğana təşəkkür etdi: "Anam üçün..."
22 Yanvar 2019 13:43 DünyaAğrı unudulmaz, amma paylaşdıqca azalar.
Bu sözləri türkiyəli məşhur müğənni İbrahim Tatlısəs şəxsi İnstaqram hesbında yazıb. O, anasının ölümünə görə başsağlığı verən hər kəsə təşəkkür edib:
"Bu gün canım anamın, Leyla sultanımın yeddisidir. Ağrı-acımızı mənimlə və ailəmlə paylaşan cənab prezidentimə, hökumət adamlarına, siyasət, incəsənət, media və iş dünyasından olan dəyərli dostlarıma təşəkkür edirəm. Cənazəmizə və başsağlığımıza Türkiyənin dörd bir tərəfindən, məmləkətim Şanlıurfadan hətta ölkə xaricindən gələn dəyərli dostlarıma, sevənlərimizə minnətdaram . Allah anam üçün etdiyiniz duaları qəbul etsin. Yaxşı ki, varsınız".
Qeyd edək ki, bir müddət əvvəl sənətçinin anası dünyasını dəyişmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31