Cənubi Koreyada Kim Çen Inın martın sonunda gələcəyini gözləyirlər
22 Yanvar 2019 13:16 DünyaCənubi Koreya hökuməti bu il mart ayının sonunda Şimali Koreya lideri Kim Çen Inı Seulda qəbul etməyə hazırlaşır.
Cənubi Koreya mətbuatı yazır ki, Prezident iqamətgahında Şimali Koreya liderinin Seula mümkün səfərinə hazırlıqlar davam edir.
Qeyd olunur ki, ABŞ-KXDR sammiti fevralın sonuna təyin edilsə, onda Kim Çen Inın Seula səfəri həqiqətən mart ayının sonlarında təşkil oluna bilər.
Daha əvvəl Donald Tramp və Kim Çen In arasında görüşün fevralın sonlarında, ehtimal ki, Vyetnamda keçirilməsinin planlaşdırıldığı bildirilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31