Avropa İsrailin bu addımını kəskin pislədi

İsrailin Şərqi Qüdsdə fələstinlilərə aid evlərin boşaldılması qərarını qətiyyətlə pisləyirik.

Bu barədə Avropa Birliyinin Şərqi Qüds və Ramallahdakı nümayəndələri bəyan ediblər.

"Təxliyə qərarının icrası nəticəsində Sabbağ ailəsindən 6-sı uşaq olmaqla, 32 nəfər qaçqın vəziyyətinə düşəcək. Yəhudi yaşayış məntəqəsinin inşası və genişləndirilməsi beynəlxalq qanunlara görə qeyri-qanunidir. İsrailin bu istiqamətdəki mövqeyini davam etdirməsi davamlı sülh və ikidövlətli həll imkanlarını baltalayır", - AB nümayəndələri qeyd ediblər.

Axar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31