Türkiyə regional bir gücdür, ABŞ isə... - Poçta
22 Yanvar 2019 12:14 DünyaMakqarkın Türkiyə ilə bağlı açıqlaması ABŞ-ın Suriyadakı uğursuzluqdan duyduğu qəzəbdən qaynaqlanır.
Bunu rusiyalı siyasi ekspert Yuri Poçta bildirib.
"Makqark vəzifəsinin öhdəsindən gələ bilmədi və getdi, eynisini ABŞ da edir. Əsgərlərini geri çəkərək Suriyadakı varlığına yeni bir əsas qazandırmağa çalışır. Burada iki ölkə arasında rəqabət var. ABŞ Suriya da daxil olmaqla, bütün ölkələri idarə etmək istəyən qlobal imperialist ölkədir, Türkiyə isə regionda mövcud olan təhdidlərdən öz torpaqlarını qorumaq istəyən regional gücdür", - Poçta vurğulayıb.
O qeyd edib ki, Türkiyə dünyanın dörd bir tərəfində müttəfiqlərini yolda qoyan ABŞ-a artıq güvənmir.
Qeyd edək ki, bir müddət öncə ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyasının xüsusi nümayəndəsi Bred Makqark Türkiyənin "etibarsız tərəfdaş" olduğunu bildirmişdi.