Çinin iqtisadi artım tempini biz zəiflətdik - Tramp
22 Yanvar 2019 11:51 DünyaÇinin ümumdaxili məhsulunun artım tempinin azalması ABŞ-la ticarət müharibəsinin nəticəsidir.
Bu məlumatı öz Tvitter səhifəsində ABŞ Prezidenti Donald Tramp paylaşıb.
"Çin ticarət toqquşmaları və yeni qaydalar ucbatından 1990-cı ildən bu yana ən yavaş iqtisadi göstərici nümayiş etdirdi. Çində nəhayət ki, əsl razılaşma əldə etmək məntiqi var", - deyə o bildirib.
Qeyd edək ki, Çində ötən il ÜDM artımı 6,6% təşkil edib ki, bu da son 28 ildə ən aşağı göstərici sayılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31