Ermənistandakı rus ordusuna həyəcan siqnalı verildi
22 Yanvar 2019 11:48 DünyaErmənistanda 2500-dən çox rusiyalı hərbçi həyəcan siqnalı ilə ayağa qaldırılıb.
Bu məlumatı Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Xidməti yayıb.
Həyəcan siqnalı ilə başlayan təlimə aviasiya və S-300, Buk-M1-2 zenit raket sistemləri cəlb edilib. Hərbi təlim çərçivəsində hərbçilər texnikanın daimi dislokasiya yerindən fövqəladə çıxışa hazırlaşıblar.
Təlimə ümumilikdə 500 hərbi texnika cəlb olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31